Faydalı qazıntıların istifadəsi ilə bağlı növbəti hərrac keçirilib

Faydalı qazıntıların istifadəsi ilə bağlı növbəti hərrac keçirilib 18.05.2021 15:23

İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə məlumatı

Yer təkinin istifadəyə verilməsində azad rəqabət mühitini təmin etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən hərracların təşkili davam etdirilir.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərraca “Qarasuçay” qum-çınqıl yatağı çıxarılıb.

17 may tarixində keçirilmiş hərracda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “54 saylı Yol İstismarı” MMC LOT-2 üzrə “Qarasuçay” qum-çınqıl yatağından 225 min m³ olan yer təki sahəsindən istifadə hüququ qazanıb.

Qeyd edək ki, hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb.

Yaxın zamanlarda növbəti hərracların keçirilməsi planlaşdırılır. Yer təki sahəsində fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlar hərraclarda fəal iştiraka dəvət edilir.