Növbəti hərracın yekunu: 2 əmlaka 10 sifariş verilib

Növbəti hərracın yekunu: 2 əmlaka 10 sifariş verilib 30.01.2019 16:25

Budəfəki hərracda investorlar qeyri-yaşayış sahələrinə də üstünlük veriblər. Belə ki, özəlləşən əmlaklardan 5-i bu kateqoriyaya aid olub. Həmin obyektlər paytaxtın Nəsimi, Nərimanov rayonlarında, digəri isə Sumqayıt şəhərində yerləşir. Nəsimi rayonunun Həzi Aslanov küçəsində yerləşən, ümumi faydalı sahəsi 80 kv.m-ə yaxın olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nərimanovda yerləşən ümumi faydalı sahəsi 60 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Paytaxtla yanaşı Sumqayıt şəhərinin də geniş iqtisadi potensialı olması burada özəlləşən dövlət əmlaklarının sayını artırır. Bu obyektlər sırasına daha bir əmlak qoşulub. Sumqayıt şəhərinin mərkəzi hissəsində yerləşən qeyri-yaşayış sahəsi 250 kv.m-ə yaxın olmaqla geniş əraziyə malikdir. Adı çəkilən əmlak xidmət sferasında fəaliyyət göstərmək istəyən sahibi üçün faydalı ola bilər.

Budəfəki hərracda özəlləşən kiçik dövlət müəssisəsi Qobustan rayonunda yerləşir. Ümumi faydalı sahəsi 250 kv.m-ə yaxın olan obyekt Əmlak kompleksidir.

Hərracda ən yüksək qiymətə özəlləşən əmlak isə Boyaq bəzək sexinin yarımçıq tikilisi olub. Mingəçevir şəhərində yerləşən həmin tikilinin torpaq sahəsi 51 min kv.m-dir.

Keçirilən hərracların nəticələri ilə komitənin rəsmi saytında (emdk.gov.az) və privatization.az portalında tanış olmaq mümkündür.

Qeyd edilməlidir ki, dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda yaradılan imkanlar genişləndirilir. Hərracların tam olaraq elektronlaşdırılması, sifarişlərin elektron qaydada verilməsi, elektron hərraclar vasitəsilə onlayn olaraq əmlakın özəlləşdirilməsi investor marağını daha da artırır. Hərrac günü prosesi virtual olaraq izləmək imkanı isə gələcəkdə hərraca qatılmaqla bağlı investorun optimal qərar qəbul etməsinə şərait yaradır. Özəlləşməyə çıxarılan əmlakların profillərinin müxtəlif iqtisadi sahələrə aid olması investorların seçimini artırmaqla onların istədiyi biznes layihələrinin reallaşmasına imkan verir.