Növbəti hərracda 24 dövlət əmlakı özəlləşdirilib

Növbəti hərracda 24 dövlət əmlakı özəlləşdirilib 22.09.2021 12:56

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 21-də təşkil olunmuş hərracda 24 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 23-ü nəqliyyat vasitəsi, 1-i isə kiçik dövlət müəssisəsidir. Özəlləşdirilən dövlət əmlakı üzrə 7-si elektron olmaqla 101 sifariş verilib. Kiçik dövlət müəssisəsi Ağdaş rayonu, Nemətabad kəndində yerləşən istehsal sahəsidir.

Rəqabətli hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/2ZpyK6F)

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.