Martın 1-də keçiriləcək hərraca 3 helikopter çıxarılacaq
Martın 1-də keçiriləcək hərraca alıcıların diqqətini cəlb edə biləcək hava nəqliyyat vasitələri çıxarılacaq. Belə ki, helikopter sahibi olmaq istəyənlər üçün yeni fürsət yaranıb. Dövlət Xidməti tərəfindən martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır. Bunlardan 1-i buraxılış ili 2009-cu il olan “Airbus EC-135P2”, digərləri isə istehsal tarixi 2005-ci il olan “Airbus EC-155B1” markalı helikopterlərdir.