Macarıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Macarıstanla iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 04.02.2022 11:27

İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin əməkdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.

Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, enerji, əczaçılıq, işğaldan azad olunmuş ərazilərimizin bərpasında Macarıstan şirkətlərinin iştirakı və s. məsələləri müzakirə ediblər.