Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi olan İmişli rayonu, Cavadxanlı kəndində yerləşən yardımçı təsərrüfatın ümumi faydalı sahəsi 608 kv.m-dir. Torpaqla birlikdə özəlləşdirilmiş bu əmlak kənd təsərrüfatı məhsullarının istehsalı və emalını, eləcə də bu sahəyə olan mövcud tələbatın ödənilməsini mümkün edəcək. Mingəçevir şəhərində yerləşən Boyaq bəzək sexinin yarımçıq tikilisinin sahibi olmuş şəxs əmlaka investisiya yatıraraq həm müvafiq, həm də başqa sahələr üzrə səmərəli fəaliyyəti təmin edə bilər.
Paytaxt ərazisində özəlləşdirilmiş qeyri-yaşayış sahələri Nizami və Nəsimi rayonlarında, digərləri isə Gəncə və Mingəçevirdə yerləşir. Ümumi faydalı sahəsi 242 kv.m olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən 1 mərtəbəli ayrı tikili xidmət sahəsində gəlir əldə etmək üçün ideal seçimdir. Bu hərracda iştirakçı buraxılış ili 2008 olan Hyundai Sonata markalı avtomobil üçün 8 min manat ödəməklə onun sahibinə çevrildi.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyulun 3-ü tarixində keçiriləcək. Hərraca investorlar üçün maraqlı ola biləcək 105 dövlət əmlakı çıxarılıb. Bu dövlət əmlaklarına 21 səhmdar cəmiyyəti, 6 kiçik dövlət müəssisə və obyektləri, 78 qeyri-yaşayış sahələri aiddir. Hərraca çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az özəlləşdirmə portalında yerləşdirilib. Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir.
Komitə tərəfindən keçirilən hərraclar nəticəsində hazırda ölkə ərazisində bir sıra müəssisələr yüksək iqtisadi səmərə verərək fəaliyyət göstərir. Bu müəssisələr sənaye, kənd təsərrüfatı, turizm, rabitə, nəqliyyat və digər sahələrin inkişafına töhfə verərək müasir tələblərə uyğun istehsala, ölkə əhalisinin tələbatının ödənilməsinə, həm də ixrac potensialına müsbət təsir göstərir.