İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, qanunazidd əməllərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Belə ki, Dövlət Xidməti tərəfindən ötən ilin sonunda aparılmış araşdırmalar zamanı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin bəzi əməkdaşlarının qanunsuz əməllərə yol verdiyi məlum olmuş, bu barədə aidiyyəti üzrə Baş Prokurorluğa məlumat verilmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı Abşeron Ərazi İdarəsinin bir neçə əməkdaşı həbs edilmiş, barələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.
Əmlak Məsələləri Dövlət Xidməti vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın artırılması tədbirlərini aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində davam etdirəcəkdir.