İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının səmərəli istifadəsi, dövlət müəssisələrindən tələb olunan aidiyyəti sənədlərin elektron qaydada təqdim edilməsi, bu sahədə maarifləndirici tədbirlərin aparılması işləri davam etdirilir.
Xidmət tərəfindən dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunmasının təmin edilməsi sahəsində qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin izahı ilə bağlı təlim keçirilib. Təlimdə “Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması” və “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” elektron xidmətlərinin hüquqi əsasları və təqdim edilməsi qaydaları ətraflı izah olunub, Xidmətin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət orqanlarının iştirakı ilə bu sahədə maarifləndirici tədbirlərin keçirilməsi davam etdiriləcək.