Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 10.837-si fərdi yaşayış və bağ evi, 19.253-ü mənzil, 40.572-si torpaq sahəsi, 832-si qeyri-yaşayış binası, 1.649-u qeyri-yaşayış sahəsi, 190-ı əmlak kompleksi, 13-ü isə çoxmərtəbəli yaşayış binasıdır. Qeyd edək ki, bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 19.776-sı Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.
Daşınmaz əmlakın ilkin qeydiyyatı - Statistika
2022-ci ilin ilk rübü ərzində 3.712 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 10,9% artıb. Analoji hal torpaq sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə torpaq sahələrinin ilkin qeydiyyatı 2,6 dəfə artaraq 9.191 olub.
Cari ilin yanvar-mart ayları ərzindəki texniki pasportun və ipoteka müqaviləsinin sayı
2022-ci ilin yanvar-mart ayları ərzində 57.813 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artım deməkdir. Bu ilin ilk rübündə qeydiyyata alınan ipoteka müqavilələrinin sayı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,6% artaraq 15.047 təşkil edib.
