İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Breyn Rinq-2” intellektual yarışması mayın 7-də başa çatıb. Məqsəd əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın təbliğidir.
Martın 9-da başlayan, 30 komandanın iştirak etdiyi yarışmada 6 komanda uğur qazanaraq final mərhələsinə keçib.
Yarışda 1-ci yerin sahibi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin komandası olub. İlk üçlükdə qərarlaşan komandalara pul mükafatı və hədiyyələr təqdim edilib.