Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında təşkil edilən “Breyn Rinq-2” intellektual yarışması başa çatıb

Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında təşkil edilən  “Breyn Rinq-2” intellektual yarışması başa çatıb 11.05.2022 15:38

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları arasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Breyn Rinq-2” intellektual yarışması mayın 7-də başa çatıb. Məqsəd əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın təbliğidir.

Martın 9-da başlayan, 30 komandanın iştirak etdiyi yarışmada 6 komanda uğur qazanaraq final mərhələsinə keçib.

Yarışda 1-ci yerin sahibi  Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin komandası olub. İlk üçlükdə qərarlaşan komandalara pul mükafatı və hədiyyələr təqdim edilib.