Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatı

31.05.2022 12:13

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bir sıra firma və şirkətlərə qarşı qaldırılan məhkəmə iddiası ilə bağlı son günlərdə bəzi kütləvi informasiya vasitələrində  müxtəlif məlumatlar yayılır. Bildiririk ki, qaldırılan iddiaların səbəbi tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməməsi və qanunvericiliyə uyğun olaraq yeni icarə müqavilələrinin bağlanması tələbinə riayət edilməməsidir. Qeyd edək ki, Dövlət Xidməti tərəfindən atılan addım icarə müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə əməl edilməsinə xidmət edir.