Belə ki, bu sosial layihə ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər. Bununla bağlı vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri ilə məlumatlandırılacaqlar.
Bu kampaniya iyulun 16-da Abşeron rayonun Ceyranbatan qəsəbəsində reallaşıb. Belə ki, sakinlər 16-20 iyul tarixlərində saat 09:00-dan 17:00-a qədər Ceyranbatan qəsəbəsinin 20 yanvar küçəsi, 1 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər. Kampaniyanın əhatə etdiyi ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Başqa sözlə Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin əhalisi qeyd edilən tarixdə və vaxtda göstərilən ünvanlarda fəaliyyət göstərən mobil ofislərə müraciət edə bilərlər.
Vətəndaşlar komitənin rəsmi internet saytına (emdk.gov.az) daxil olaraq “Əmlakın qeydiyyatı kalkulyatorundan” istifadə etməklə qeydiyyat apardığı əmlakının parametrlərindən asılı olaraq dövlət rüsumunu və xidmət haqqını əvvəlcədən öyrənə bilərlər.
Kampaniya çərçivəsində sakinlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı lazımi məlumatları özündə əks etdirən informasiya bukletləri və bildirişlər paylanılıb.
Belə mobil ofislər vasitəsilə əmlaklar daha sadə və innovativ üsullarla sənədləşdiriləcək. Bu kampaniyalar vətəndaşların qeydiyyat orqanı ilə birbaşa ünsiyyətini təmin edəcək, digər kənar əlaqələrin aradan qaldırılmasına imkan verəcək. Qeydiyyat sahəsində az vaxtla çox iş görüləcək. Bununla da sənədləşmə əhalinin geniş kütləsini əhatə edəcək, qeydiyyat xidmətləri daha da sürətli yerinə yetiriləcək, o cümlədən daşınmaz əmlak bazarında leqal əmlakların sayı artırılacaq, bu sahədə dinamika yüksələcək.
Əmlak çıxarışlarının daha sürətli verilməsi müasir həyatımızın əsas çağırışlarından olan sürətli proseslərə və biznes əməliyyatlarına tələbatın ödənilməsinə də imkan verəcək. Belə ki, bu daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artmasına, daha çox insanın rahatlıqla mülkiyyət üzərində hüquq sahibi olmasına şərait yaradır.
Qeyd edilməlidir ki, qeydiyyatla bağlı sənədləri mobil ofislərlə yanaşı, ərazi idarələrinə də təqdim etmək olar.