İyunun 14-də keçirilən hərracda 9 nəqliyyat vasitəsi özəlləşdirilib

İyunun 14-də keçirilən hərracda 9 nəqliyyat vasitəsi özəlləşdirilib 14.06.2022 16:23

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac iyunun 14-də keçirilib. Hərracda 9 nəqliyyat vasitəsi özəlləşdirilib.

Hərracda satılan avtomobillər əsasən Avropa, Amerika istehsalıdır və onların buraxılış tarixi 1996-2011-ci illər arasında dəyişir.

Hərracda özəlləşdirilən nəqliyyat vasitələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/39tyQPJ )  

Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərraclar  21 və 28 iyun tarixlərində keçiriləcək.