İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyunun 21-də növbəti hərrac keçirilib. Hərracda 1 obyekt və 11 nəqliyyat vasitəsi özəlləşdirilib.
Özəlləşdirilən obyekt Yevlax şəhərində yerləşən 14 saylı yeməkxanadır. Əmlakın ümumi faydalı sahəsi 95.2 kvadratmetrdir.
Satılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya və Amerika istehsalı olan avtomobillərdir.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3xK9aXp )
Məlumat üçün bildiririk ki, cari ay üzrə növbəti hərrac iyunun 28-də keçiriləcək. Hərraca 7 kiçik dövlət müəssisə və obyekti, 2 yarımçıq tikili və 30 nəqliyyat vasitəsi çıxarılacaq.