2022-ci ilin birinci yarımilliyində 319 nəqliyyat vasitəsi satılıb

2022-ci ilin birinci yarımilliyində 319 nəqliyyat vasitəsi satılıb 07.07.2022 12:43

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar vasitəsilə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Digər dövlət əmlakları ilə yanaşı, hərraclarda nəqliyyat vasitələrinin də satışı həyata keçirilir. 2022-ci ilin birinci yarımilliyində nəqliyyat vasitələrinin satışa çıxarıldığı 24 hərrac keçirilib. Hərraclara çıxarılan 384 nəqliyyat vasitəsindən 319-u satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur. Nəqliyyat vasitələrinə olan sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, 2022-ci ilin yanvar-iyun ayları ərzində nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1.269.425 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1.620.911 manat təşkil edib. Başqa sözlə, təklif ilkin satış qiymətindən 351.486 manat çox olub.

Cari ilin ilk 6 ayı ərzində nəqliyyat vasitələrinin hərracından dövlət büdcəsinə daxil olan vəsait 1,22 milyon manat olmaqla, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.