İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 2-də növbəti hərrac keçirilib. Hərracda “Lənkəran Taxıl” ASC-nin dövlətə məxsus səhm paketi özəlləşdirilib. Adıçəkilən səhmdar cəmiyyətin 29,95%-lik səhm paketi 26 043 manata satılıb.
Məlumat üçün bildiririk ki, kiçik dövlət müəssisəsi və nəqliyyat vasitəsi üzrə cari ayda növbəti hərraclar avqustun 9, 16, 23, 30-da keçiriləcək.