Yeni faydalı qazıntı yataqları hərraca çıxarılır

12.10.2022 17:59

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən noyabrın 11-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Daşkəsən rayonunda yerləşən “Bayan” (0,5 ha), Balakən rayonunda olan “Təpəçöl”  (1,6 ha), Goranboy rayonunda yerləşən “Yuxarı Ağcakənd” (5 ha) və “Qarasuçay” (28 ha)  faydalı qazıntı yataqları hərraca çıxarılacaq. Faydalı qazıntı yataqları üzlük daşı, gil, gips və qum-çınqıl növlərinə aiddir.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 2 noyabr 2022-ci il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidir. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Elanla Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://clck.ru/32L4CW ) və “Özəlləşdirmə portalı”nda (https://clck.ru/32L4EW) tanış olmaq olar.