Yunanıstanın ətraf mühit və enerji naziri ilə görüş keçirilib

Yunanıstanın ətraf mühit və enerji naziri ilə görüş keçirilib 19.10.2022 12:10
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yunanıstanın ətraf mühit və energetika naziri Konstantinos Skrekasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyi vurğulanıb, Yunanıstanla iqtisadi əlaqələrin mövcud vəziyyəti, ticarətin və investisiyaların təşviqi, energetika sahəsində tərəfdaşlığın inkişafı, həmçinin qarşılıqlı maraq doğuran digər  məsələlər müzakirə edilib.