İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 259.798 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% çoxdur.
9 aylıq göstəricinin 63.315-i (24,4%) ilkin,196.483-ü (75,6%) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ilkin qeydiyyat 30,3% artıb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 36.718-i fərdi yaşayış və bağ evi, 65.872-si mənzil, 148.840-ı torpaq sahəsi, 2.636-sı qeyri-yaşayış binası, 5.101-i qeyri-yaşayış sahəsi, 589-u əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. 9 ay ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 26,2%-i Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.
Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan yaradır. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 32.327 olub.
Göstəricilər |
2021 |
2022 |
Ötən ilin müvafiq dövrünə nisbətən |
||
+ / - |
% - lə |
||||
Dövlət qeydiyyatının sayı |
CƏMİ |
219968 |
259798 |
39830 |
18,1% |
ilkin qeyd |
48607 |
63315 |
14708 |
30,3% |
|
təkrar qeyd |
171361 |
196483 |
25122 |
14,7% |
|
Fərdi yaşayış və bağ evi |
ilkin qeyd |
11844 |
11746 |
-98 |
-0,8% |
təkrar qeyd |
23416 |
24972 |
1556 |
6,6% |
|
Mənzillər |
ilkin qeyd |
21844 |
16799 |
-5045 |
-23,1% |
təkrar qeyd |
44919 |
49073 |
4154 |
9,2% |
|
Torpaq sahələri |
ilkin qeyd |
11632 |
32327 |
20695 |
177,9% |
təkrar qeyd |
97121 |
116513 |
19392 |
20% |
|
Qeyri yaşayış binası |
ilkin qeyd |
269 |
387 |
118 |
43,9% |
təkrar qeyd |
2291 |
2249 |
-42 |
-1,8% |
|
Qeyri-yaşayış sahəsi |
ilkin qeyd |
2929 |
1960 |
-969 |
-33,1% |
təkrar qeyd |
3111 |
3141 |
30 |
1% |
|
Əmlak kompleksi |
ilkin qeyd |
74 |
87 |
13 |
17,6% |
təkrar qeyd |
483 |
502 |
19 |
3,9% |
|
Çoxmərtəbəli yaşayış binaları |
ilkin qeyd |
15 |
9 |
-6 |
-40% |
təkrar qeyd |
20 |
32 |
12 |
60% |
|
Çoxillik əkmələr |
ilkin qeyd |
0 |
0 |
0 |
|
təkrar qeyd |
0 |
1 |
1 |