Vətəndaşlar komitənin elektron xidmətlərindən geniş yararlanırlar

Vətəndaşlar komitənin elektron xidmətlərindən geniş yararlanırlar 30.01.2019 16:25

Bununla da, komitə tərəfindən elektron hərracların təşkilinə keçidin əsası qoyulub. Bundan başqa dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair interaktiv xidmətlər də fəaliyyət göstərir. Qısa müddət əvvəl istifadəyə verilmiş elektron xidmət vasitəsilə mülkiyyətçilər daşınmaz əmlak barədə dövlət reyestrində qeydə alınmış məlumatlarla onlayn tanış ola bilirlər. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklü, girovda və ya həbsdə olması və digər reyestr məlumatlarını onlayn əldə edirlər.

Eyni zamanda, 2014-cü ildə daşınmaz əmlakla bağlı servitutun, uzufruktun dövlət qeydiyyatı və onun ləğvi, məhv olmuş daşınmaz əmlakın dövlət qeydiyyatının ləğvi, xidmət haqlarının ödənilməsi, ünvan barədə arayışların verilməsi ilə bağlı digər interaktiv xidmətlər də istifadəyə verilib. İnformativ xidmətlərə isə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin, xidmət haqqının, dövlət əmlakının icarəsi üzrə borcun öyrənilməsi ilə bağlı e-xidmətlər daxildir.

Ötən il e-xidmətləri vahid məkanda cəmləyən www.e-emdk.gov.az portalı istifadəyə verilib. Qarşıdakı dövrdə e-xidmətlərin sayının artırılması nəzərdə tutulur. Beləliklə də, yaxın gələcəkdə komitənin fəaliyyət sahələri üzrə xidmətlərin tam elektronlaşdırılması təmin ediləcək. Yeni elektron xidmətlərə icarə haqqı borcları, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi barədə məlumatların SMS vasitəsilə göndərilməsi və digər xidmətlər aid olacaq.

Xatırladaq ki, komitə bu ilin iyun ayında təkmilləşdirilmiş yeni internet səhifəsini vətəndaşların istifadəsinə verib. Yeni sayt müasir texnologiyalar əsasında hazırlanıb, dizayn və keyfiyyət baxımından daha mütərəqqidir. Saytda elektron xidmətlər portalına keçid, komitəyə onlayn müraciət, vətəndaş qəbuluna yazılmaqla bağlı imkanlar yaradılıb. Bundan əlavə, yeni saytda media və vətəndaşlar üçün ayrıca bölmələrdə xəbərlər, nəşrlər, foto, video, maarifləndirici materiallar, vətəndaşların qəbulu qrafiki yer alıb. Layihələr bölməsində komitənin fəaliyyət sahələri üzrə hazırda icra etdiyi layihələr əksini tapıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərracların elanları və nəticələri hər həftə saytda yerləşdirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi elektron xidmətlərdən istifadənin rahatlığı məqsədilə ictimai maarifləndirmə işləri də həyata keçirir. Müxtəlif elektron xidmətlərlə bağlı izahedici video-çarxlar hazırlanaraq komitənin rəsmi saytında yerləşdirilib. Həmçinin həmin video-roliklər televiziya kanallarında yayımlanır. Elektron xidmətlərlə bağlı komitə tərəfindən müxtəlif ictimai tədbirlər təşkil edilir, vətəndaşların və mətbuat nümayəndələrinin iştirakı ilə geniş ictimai təqdimatlar keçirilir. Bu istiqamətdə mətbuatda müntəzəm məlumatlar dərc edilir. Komitənin rəsmi nəşrləri olan “Daşınmaz Əmlak” jurnalı və “Mülkiyyət” qəzetində elektron xidmətlərlə bağlı geniş maarifləndirici materiallar nəşr olunur.

Təqdim edilən elektron xidmətlər vətəndaşlarla komitə arasında şəffaf və maneəsiz əlaqə yaradılmasına şərait yaradır. Komitənin həyata keçirdiyi bu yeniliklər vətəndaş-məmur ünsiyyətinin azaldılması, xidmətlərdə şəffaflıq və keyfiyyətin yüksəldilməsi məqsədini daşıyır.