Kampaniya çərçivəsində 50-dən çox sakinə hüquqi yardım xidmətləri də göstərilib. Müvafiq qeydiyyat xidmətlərinə uyğun tələb olunan sənədlərin siyahısı barədə məlumat verilib.
“Kütləvi çıxarış” kampaniyasının bir başa ünvanlarda, iş yerlərində keçirilməsinin sosial əhəmiyyəti ilə yanaşı iqtisadi əhəmiyyəti də var. Ölkə üzrə təhlükəsiz və etibarlı daşınmaz əmlakı olan mülkiyyətçi təbəqəsi formalaşır. Bu isə alqı-satqı, ipoteka əməliyyatlarının daha rahat və operativ təşkilinə imkan verir. Eyni zamanda digər vətəndaşları da qeydiyyata maraq göstərməyə, öz əmlakını qeydiyyata almağa stimullaşdırır.
Cari il ərzində 15-ə yaxın “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 3-ü paytaxtda qalanı isə regionlarda baş tutub. Bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.
Qeyd edilməlidir ki, komitənin qeydiyyat xidmətlərini vətəndaşların bilavasitə ünvanına çatdıran “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası fəaliyyətini davam etdirir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı 13-17 avqust tarixlərində saat 9:00-dan 17:00-a qədər Abşeron rayonunun Digah qəsəbəsi, Hüseyn Rəhmanov küçəsi, 13 ünvanı olacaqdır. Digər sosial layihələrdən fərqli olaraq bu kampaniya çərçivəsində ərazi sakinlərinin səyyar qaydada bütün növ daşınmaz əmlak üzrə qeydiyyat xidmətlərindən yararlanmaq imkanı var. Başqa sözlə kampaniyanın keçirildiyi ərazilərin sakinləri müvafiq arayışların, texniki pasportların alınması üçün, eləcə digər qeydiyyat xidmətlərinin yerinə yetirilməsi ilə bağlı mobil ofislərə müraciət edə bilirlər. İndiyədək kampaniya Abşeron rayonunun Saray, Ceyranbatan qəsəbələrində, Masazır, Məmmədli kəndlərində keçirilib. Ümumilikdə 600-ə yaxın vətəndaş bu sosial layihədən faydalanıb.