İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 30-da nəqliyyat vasitələrinin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Hərraca Azərbaycan Beynəlxalq Bankına məxsus 17 nəqliyyat vasitəsi çıxarılıb.
Nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 2.000 manatla 40.000 manat arasında dəyişir. İstehsal tarixləri isə 2005-2014-cü illəri əhatə edir.
Tam siyahı ilə burada tanış ola bilərsiniz: (https://clck.ru/32iHLh ).
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər.