İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin struktur bölmələrinin və tabeliyindəki qurumlarının əməkdaşları arasında 8 Noyabr Zəfər Gününə həsr edilmiş “Breyn Rinq 3” intellektual yarışması başa çatıb. Məqsəd əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, zehni inkişafın təbliğidir.
Oktyabrın 24-də başlayan, 27 komandanın iştirak etdiyi yarışmada 6 komanda uğur qazanaraq final mərhələsinə keçib.
Yarışda 1-ci yerin sahibi Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatını təmsil edən komanda olub. İlk üçlükdə qərarlaşan komandalara pul mükafatı və hədiyyələr təqdim edilib.