İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb, vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan bəhs edib.
Tədbirdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən milli dövlətçiliyimizin inkişafı naminə həyata keçirilən uğurlu islahatlar və nailiyyətlər vurğulanıb.