Dekabrın 13-də növbəti hərrac keçirilib

Dekabrın 13-də növbəti hərrac keçirilib 14.12.2022 12:47

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 13-də keçirilən hərracda gəmi, nəqliyyat vasitəsi, avadanlıq olmaqla 27 dövlət əmlakı satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 291 sifariş qəbul olunub.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq böyük olub və hərrac rəqabətli keçib. Belə ki, ilkin satış qiyməti 7.000 manat olan “BMW 535İ” markalı avtomobilə edilən ən son təklif 3 dəfəyə yaxın artaraq 20.200 manat olub. Bundan başqa, “Mercedes Benz Sprinter” markalı mikroavtobusun ilkin start qiyməti 10.000 manat olsa da, nəqliyyat vasitəsi 25.700 manata satılıb.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin istehsal tarixi 1985-ci il olan "Şəfəq" gəmisi isə 70.000 manata özəlləşdirilib.

Budəfəki hərracda satılmış dövlət əmlakları üzrə 207.300 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/332YXm )  

Məlumat üçün: Bu ay üzrə növbəti hərraclar 20 və 27 dekabr tarixlərində keçiriləcək və hərraclara 25 kiçik dövlət müəssisəsi və obyekti, 10 nəqliyyat vasitəsi çıxarılacaq.