İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb

İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb 26.12.2022 16:36
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana intensiv səfərləri, hər iki ölkənin dövlət başçılarının görüşləri zamanı əldə olunmuş razılıqların icrası istiqamətində aparılan işlərin davamı olaraq, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev imzalayıblar.

İnvestisiya Fondu ikitərəfli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə və genişlənməsinə, kooperasiya əlaqələrinin inkişafına və bu sahədə imkanların effektiv reallaşdırılmasına töhfə verəcək. Fond həmçinin, ölkələrimiz arasında avtomobil istehsalı, tekstil, ipəkçilik, nəqliyyat-tranzit və s. sahələrdə əməkdaşlığın gücləndirilməsinə əlavə stimul verəcəkdır.