4, 11, 12, 18 aprel tarixlərində keçiriləcək hərraca 88 sayda çeşidli əmlaklar çıxarılıb.
Hərraclar ölkə üzrə özəlləşdirmənin ən geniş tətbiq olunan üsullarındandır. Hərraclar vasitəsilə əmlak sahibi olmaq istəyənlər üçün seçim imkanı geniş, prosedurlar isə sadədir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprel ayında 4, 11, 12, 18 tarixlərində keçiriləcək.
Aprelin 4-də keçiriləcək hərraca 10 obyekt, 11-də isə 14 obyekt və 33 nəqliyyat vasitəsi çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza da var.
Aprelin 12-də keçiriləcək hərraca “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna məxsus 4 avtomobil çıxarılıb.
18 aprel tarixində təşkil olunacaq hərracda isə alıcılara 27 nəqliyyat vasitəsi təklif olunur. Qeyd olunan tarixə çıxarılan nəqliyyat vasitələrinin siyahısında ilkin start qiyməti 30 000 manat olan gəmi də var.
Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH)