“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Şəkidə vətəndaşları qəbul edib

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Şəkidə vətəndaşları qəbul edib 08.04.2023 14:32
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Şəki şəhərində Şəki, Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edib. Ümumilikdə 30-dan artıq vətəndaş qəbul olunub.
Qəbula gələnlər daşınmaz əmlakın qeydiyyatı, kadastrı, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqların aradan qaldırılması, sosial və s. məsələlər barədə müraciət ediblər. Qəbulda bir sıra məsələlər həllini tapıb, araşdırma tələb edən müraciətlər baxılması üçün qeydiyyata alınıb. Bəzi hallar üzrə qurumun mütəxəssisləri tərəfindən müraciət edən vətəndaşın da iştirakı ilə yerində araşdırma aparılıb, onlara əsaslandırılmış izahat verilib.







Digər şəkillər