Memorandumun əsas hədəfi Azərbaycan Respublikası ərazisində torpaqlardan səmərəli istifadəyə dair məlumat və təcrübə mübadiləsi, o cümlədən birgə layihələrin həyata keçirilməsi, fəaliyyət istiqamətləri üzrə strateji planlaşdırma və innovasiyaların tətbiqi sahələrində əməkdaşlığın həyata keçirilməsidir.
Tədbir çərçivəsində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki mühüm layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin ilkin nəticələri, o cümlədən müvafiq proqram təminatları və bu sahədə tətbiq olunan innovasiyalar canlı şəkildə nümayiş ediləcək.
Hörmətlə,
Əmlak Məsələləri Dövlət Komitəsinin
İnformasiya, ictimaiyyətlə əlaqələr və
protokol şöbəsinin müdiri Qulu Xəlilov