Növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib

Növbəti hərracda 17 nəqliyyat vasitəsi özəlləşdirilib 20.04.2023 18:32

Rəqabətli keçən hərracda gəmi satılıb. Gəmiyə edilən təklif start qiymətindən 2 dəfə çox olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 17 nəqliyyat vasitəsi satılıb. Hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə, 112 sifariş qəbul edilib.

Rəqabətli keçən hərracda gəmi satılıb. Belə ki, “Elxan Kazımov” gəmisinin start qiyməti 30 min manat olsa da, ən son təklif 61 min manata yüksəlib. Start qiyməti 8 min manat olan “MAZ5337” markalı nəqliyyat vasitəsi 14 min 500 manata özəlləşdirilib.

Satılan əmlaklar üzrə dövlət büdcəsinə 146 545 manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/34C7Yz linki vasitəsilə tanış olmaq olar.

Dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərraclar 2, 16, 23 may tarixlərində keçiriləcək. Hərraclara səhmdar cəmiyyətlərin səhm paketləri, kiçik dövlət müəssisə və obyekti, nəqliyyat vasitələri çıxarılıb.