Hərrac iştirakçılarının sahib olduqları dövlət əmlakları: siyahı

Hərrac iştirakçılarının sahib olduqları dövlət əmlakları: siyahı 30.01.2019 16:25

Reallaşan hərracların nəticələri, özəlləşdirilən dövlət əmlaklarının tam siyahısı ilə tanış olmaq istəyən şəxslər komitənin rəsmi saytında (www.emdk.gov.az) müsabiqə və hərraclar bölməsində nəticələr keçidinə daxil ola bilər.

Komitə tərəfindən keçirilən hərraclarda hər kəs məhdudiyyətsiz formada iştirak edərək dövlət əmlakına sahib ola bilər. Özəlləşdirilən müxtəlif kateqoriyalı dövlət obyektlərinin sonrakı fəaliyyəti ölkədə həm iqtisadi, həm də sosial vəziyyətə müsbət təsir göstərir. İnvestisiya yatırılmış müəssisələr yeni və müasir standartlara uyğun yenidən qurulur. Bu fəaliyyət nəticəsində yeni iş yerləri yaranır, əhalinin məşğulluq səviyyəsi artır. Özəlləşən müəssisələrdə istehsal olunan məhsullar və ya göstərilən xidmətlər ilə ölkə daxilində vətəndaşların tələbatları ödənilir.

Qeyd edək ki,  25 sentyabrda baş tutacaq növbəti hərraca ümumilikdə 118 dövlət əmlakı çıxarılıb. Onlardan 83-ü kiçik dövlət müəssisə və obyekti, 28-i qeyri-yaşayış sahəsi, 7-si isə nəqliyyat vasitəsidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı, komitənin rəsmi saytı,  facebook sosial şəbəkəsindəki rəsmi səhifə və privatization.az səhifəsi vasitəsilə aparılır.