Müsadirə edilmiş mal və nəqliyyat vasitələrinin satışı üzrə hərrac keçirilib

Müsadirə edilmiş mal və nəqliyyat vasitələrinin satışı üzrə hərrac keçirilib 08.06.2023 09:47
Gömrükdə müsadirə edilərək dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışı üzrə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ilk hərrac təşkil edilib.
 
Dövlət mülkiyyətinə verilmiş malların və nəqliyyat vasitələrinin satışı ilə bağlı Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən hərrac keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil edilən hərraca müsadirə edilmiş, habelə şəxslərin dövlətin xeyrinə imtina etdiyi dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri çıxarılıb.

Hərracda 95 lot üzrə 240 sifariş verilib, 75 lot üzrə 151.295 manat dəyərində mallar və nəqliyyat vasitələri satılıb.

Hərracda satılan əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür:
Gömrükdə müsadirə edilmiş malların və nəqliyyat vasitələrinin satışı üzrə növbəti hərrac 23 iyun tarixində keçiriləcək.