Dövlət başçısının “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının əhatə etdiyi vətəndaşlar üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilən səyyar qeydiyyat xidməti davam etdirilir.
Növbəti səyyar qəbul iyunun 16-da, saat 11:00-dan etibarən Sabirabad rayonunun Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli və Qasımbəyli kəndlərində keçiriləcək.