İyulun 5-də faydalı qazıntı yataqlarının istifadəsi üzrə növbəti hərrac keçirilib

06.07.2023 15:00
Hərrac vasitəsilə 10 faydalı qazıntı yatağı istifadəyə verilib. Faydalı qazıntı yataqları Abşeron, Göygöl, İsmayıllı, Şabran və Quba rayonlarında yerləşir.
 
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.

Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən 5 iyul hərracında Abşeron rayonunda yerləşən “Qızılburun” (2 ha) və “Şıxzərli” (3,6 ha) yataqları, Ağstafada yerləşən “Ağstafaçay” (5,7 ha), Göygöl rayonunda yerləşən “Qızılca” (12 ha), İsmayıllı rayonunda yerləşən “Bilistan-II” (5 ha), “Təzəkənd” (5 ha), “Göyçay-I” (5 ha), Şabran rayonunda olan “Dəvəçiçay” (1,8 ha), Qubada “Qonaqkənd” (73 ha), “Qoxmazoba” (8 ha) yataqları istifadəyə verilib.

Hərracın qalibləri ilə bu keçiddən tanış olmaq mümkündür:  https://clck.ru/34uYij