Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Qəbələdə vətəndaşları qəbul edəcək 19.07.2023 14:56

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova iyulun 28-də Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, H.Aslanov küçəsi, 21) Oğuz, Qəbələ və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və aidiyyəti üzrə digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Vətəndaşların qəbulu saat 12:00-dan etibarən keçiriləcəkdir.

Qəbul üçün (012) 510 93 33 və 055 465 23 68 nömrəli telefonlarla və ya rsalmanli@emlak.gov.az elektron ünvanı vasitəsilə, həmçinin qurumun Qəbələ Ərazi İdarəsinə (telefon: 055 453 78 67, elektron ünvan: dedkr.9sayli@emlak.gov.az) 26 iyul saat 18:00-dək müraciət etməklə qeydiyyatdan keçmək lazımdır.