Daşınmaz əmlakın yenilənmiş səyyar qeydiyyat ofisi Ələt qəsəbəsində

Daşınmaz əmlakın yenilənmiş səyyar qeydiyyat ofisi Ələt qəsəbəsində 30.01.2019 16:25

Qeyd edək ki, yeni və müasir avadanlıqların tətbiqi ilə xidmətlər ərazi idarəsi ilə əlaqə yaratmaqla həyata keçirilir. Bütün qeydiyyat xidmətlərinin struktur bölmələrdə olduğu kimi səyyar ofisdə göstərilməsi vətəndaşların daha sürətli və operativ formada mülkiyyət hüququndan istifadəsinə şərait yaradır. Yenilənmiş mobil xidmət məkanı isə eyni anda xidmətlərdən daha çox sakinin istifadə etməsinə imkan verir. Komitə əməkdaşları tərəfindən səyyar xidmətlərin göstərilməsi və hüquqi məsləhətlərin verilməsində yeniliklərin tətbiqi birbaşa vətəndaş məmnunluğunun təminatına yönəlib.