Tədbirdə həmçinin BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupu Bürosunun nümayəndələri olan Beynəlxalq Mərzçəkənlər Federasiyasının prezidenti Krissi Potsioun, Avropa Daşınmaz Əmlak İnformasiya Xidmətinin icraçı direktoru Rik Vauters və Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun katibi Emi Fiqueiredon iştirak edəcəklər.
Eyni zamanda, beynəlxalq tədbirdə Dünya Bankının, beynəlxalq maliyyə-kredit institutlarının, diplomatik nümayəndəliklərin, müxtəlif regional və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.
Tədbirdə Dünya Bankının Vaşinqtonda yerləşən Baş Qərargahı ilə canlı telekörpü yaradılacaq. Tədbir çərçivəsində BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupu tərəfindən BMT AİK-in 56 üzv dövlətinin daşınmaz əmlak idarəçiliyi sistemlərinin müqayisəsi Layihəsinin təqdimatı keçiriləcəkdir.
Bununla yanaşı, Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı çərçivəsində çıxışlar və təqdimatlar olacaq, müzakirələr keçiriləcək, müxtəlif ölkələrin bu sahədə əldə etdiyi təcrübələrin qarşılıqlı mübadiləsi aparılacaq.
Tədbirdə iştirak etmək istəyən Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin 28 noyabr 2014-cü il tarixində saat 09:00-da “Hilton Baku” Hotelinin 2-ci mərtəbəsi, “Sevda” zalında olmaları xahiş olunur.
Ünvan: Azadlıq prospekti 1B, Bakı AZ 1000
Əlaqə telefonu: (012) 490 24 08 (daxili 111), (050) 235 30 33
Aşağıdakı linkdə beynəlxalq tədbirlə ətraflı tanış ola bilərsiniz:
http://www.emdk.gov.az/index.php/az/media-%C3%BC%C3%A7%C3%BCn/konfrans