AzNav “Milli Net 2018”- “Elektron hökumət və maliyyə - bank mobil tətbiq” nominasiyası üzrə 2-ci yeri tutub

AzNav “Milli Net 2018”- “Elektron hökumət və maliyyə - bank mobil tətbiq” nominasiyası üzrə 2-ci yeri tutub 30.01.2019 16:25

Qeyd edək ki, “AzNav” ilk milli naviqasiya sistemi “Milli Net 2018” Milli İnternet Mükafatında “Elektron hökumət və maliyyə - bank mobil tətbiq” nominasiyası üzrə 2-ci yeri tutub.

Bu milli layihə ölkəmizdə həyata keçirilən sosialyönümlü işlərin tərkib hissəsi olmaqla ünvan məsələləri ilə bağlı işlərin çevik həllinə yönəlib. Əmlak Məsələləri Dövlət Komitəsi bu xidməti də istifadəçilərə təqdim etməklə ünvan axtarışı məsələlərində vətəndaşların və əlaqəli tərəflərin işinin yüngülləşməsini təmin edib.

Sistemin təkmilləşdirilməsi gələcəkdə də davam edəcək.