2018-ci il ərzində 193 Çağrı Mərkəzi tərəfindən 13 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

2018-ci il ərzində 193 Çağrı Mərkəzi tərəfindən 13 minə yaxın vətəndaş müraciəti cavablandırılıb 30.01.2019 16:25

Müvafiq il ərzində Çağrı Mərkəzinə 2 minə yaxın araşdırma tələb edən müraciət daxil olub. Bu tip müraciətlərə əsasən, ərizə və məktubların icrası, torpaq sahələrinin plan və ölçüləri, torpaqların təyinatı, dövlət rüsumu və xidmət haqqı kimi məsələlər aiddir. Araşdırma tələb edən müraciətlər həll edilməsi üçün komitənin müvafiq qurumlarına göndərilib və bu barədə vətəndaşa məlumat verilib. Ərazi statistikasına baxdıqda, Çağrı Mərkəzinə daxil olan müraciətlərdən 10 minə yaxını paytaxtdan, 3 minə yaxını isə regionlardan ünvanlanıb.

Vətəndaşların çox gözləmədən müraciət etməsi, sorğuların isə daha tez cavablandırılması üçün  Çağrı Mərkəzi müasir texnika və avadanlıqlarla təmin olunub. Çağrı Mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir.  Canlı rejim həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.