Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma tədbiri keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma tədbiri keçirilib 30.01.2019 16:25

 Məlum olduğu kimi, bu il ölkə rəhbərliyi tərəfindən Qanlı Yanvar hadisəsinin şəhidlərinin yad edilməsi məqsədilə faciənin 25-ci ildönümünün respublika səviyyəsində geniş qeyd olunması ilə bağlı müvafiq göstərişlər verilib.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi, vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə qayğının göstərilməsi, onların sosial rifahının təmin edilməsi məsələlərini daim diqqətdə saxlayır. Dövlət başçısının şə­hid ai­lələ­ri­nin so­si­al mü­da­fi­ə­si­ni güc­lən­dir­mək və on­la­ra döv­lət qay­ğı­sı­nı ar­tır­maq məq­sə­di­lə imzaladığı mü­va­fiq Fər­man da bunun bariz nümunəsidir.

Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlıq mübarizəsi tarixində şanlı səhifələrindən biri olduğu xatırlanaraq 25 il əvvəl müstəqillik və suverenlik uğrunda mübarizəsinə qalxmış xalqımızın başına gətirilən faciədən bəhs olunub. Qeyd edilib ki, həmin müdhiş gecə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı ən amansız və dəhşətli cinayət törədilib. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Totalitar sovet rejimi bu faciəni törətməklə özünün cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Lakin bu dəhşətli cinayət və axıdılan nahaq qanlar xalqımızın mübarizə əzmini qıra bilməyib. Bildirilib ki, 20 Yan­var özü­mü­zü bir mil­lət ki­mi ta­nı­dı­ğı­mız və dərk et­di­yi­miz gün­dür. 20 yanvar, həm də Azərbaycanın istiqlal yolunda fəth etdiyi ilk zirvələrdən, xalqımızın milli-azadlıq ruhu və məfkurəsinin oyanış günü oldu.

20 Yan­var­dan son­ra­kı gün­lər­də də Ba­kı­da qır­ğın da­vam et­di­ril­di. Yanvarın 19-dan 20-nə keçən gecə 137 mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet qoşunları 200 mənzil və evi, 80 avtomaşını, o cümlədən təcili yardım maşınlarını, külli miqdarda şəxsi və dövlət əmlakını məhv etdilər. Bakının infrastukturuna külli miqdarda ziyan dəymişdi. Öl­dü­rü­lən­lər ara­sın­da beş mil­lə­tin nü­ma­yən­də­si, 20-dən çox qa­dın və uşaq var idi.

Vurğulanıb ki, bütün varlığı ilə vətəninə və millətinə bağlı olan böyük vətənpərvər Heydər Əliyev bütün maneələrə baxmayaraq xalqının səsinə birinci səs verdi. bü­tün öm­rü bo­yu xal­qın ya­nın­da olan Ulu Ön­də­ri­miz Hey­dər Əli­yev faciənin ertəsi günü ai­lə­si ilə bir­gə Azər­bay­ca­nın Moskva­da­kı da­i­mi nü­ma­yən­də­li­yi­nə gəl­di və Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bə­ya­nat­la çı­xış et­di, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. İmperiyanın Azərbaycana və onun xalqına qarşı qanlı təcavüzünə kəskin etirazını və hiddətini bildirdi, faciəni törədənlərin cəzalandırılmasını tələb etdi.Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə açıqlandı. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailə üzvlərinə hər cür yardımın göstərilməsi təmin edildi.

Hə­min il yan­var ayı­nın 12-də Hey­dər Əli­ye­vin sədrli­yi ilə “20 Yan­var” fa­ci­ə­si­nin 4-cü il­dö­nü­mü ilə bağ­lı təd­bir­lə­rin ha­zır­lan­ma­sı və ke­çi­ril­mə­si üz­rə döv­lət ko­mis­si­ya­sı­nın ic­la­sı ke­çi­ril­di. Döv­lət ko­mis­si­ya­sı­nın cid­di fə­a­liy­yə­ti nə­ti­cə­sin­də 1994-cü il mart ayı­nın 29-da Mil­li Məc­lis "1990-cı il yan­va­rın 20-də Ba­kı­da tö­rə­dil­miş fa­ci­ə­li ha­di­sə­lər haq­qın­da" qə­rar qə­bul et­di. Sə­nəd­də “20 Yan­var” fa­ci­ə­si qa­baq­ca­dan şü­ur­lu su­rət­də plan­laş­dı­rıl­mış və vəh­şi­cə­si­nə hə­ya­ta ke­çi­ril­miş ci­na­yət ak­tı ki­mi qiy­mət­lən­di­ri­lir­di.

Tədbirdə çıxış edənlər qeyd ediblər ki, 20 Yan­var Azər­bay­can xal­qı­nın ta­ri­xin­də tək­cə ağrı və acı ilə xa­tır­la­nan gün de­yil. Bildirilib ki, 20 Yan­var gü­nü xal­qı­mı­zın mil­li su­ve­ren­lik, azad­lıq uğ­run­da ye­nil­məz ira­də­si­nin rəm­zi­dir.  20 Yan­var həm də xal­qı­mı­zın fə­xa­rət və şə­rəf gü­nü­dür, tariximizin şanlı səhifəsidir. Xal­qı­mız hə­min gün öz mil­li kim­li­yi­ni sü­but edə­rək bü­tün dün­ya­ya sü­but et­di ki, Azər­bay­can xal­qı is­tiq­la­la la­yiq­dir və bu yol­da ən çə­tin sı­naq­la­ra, məh­ru­miy­yət­lə­rə mə­tin­lik­lə si­nə gər­mək əz­min­də­dir.

Tədbirdə qeyd olunub ki, gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq.

Sonda bir daha bildirilib ki, Azər­bay­can dövləti və xal­qı 20 Yan­var şə­hid­lə­ri­nin xa­ti­rə­si­ni da­im əziz tu­ta­caq, on­la­rın fə­da­kar­lıq­la­rı xal­qımızın yad­da­şın­dan heç za­man si­lin­mə­yə­cək.