“Kütləvi çıxarış” kampaniyası Masallıda

“Kütləvi çıxarış” kampaniyası Masallıda 30.01.2019 16:25

İndiyədək Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ və Şəki sakinləri  kampaniyadan faydalana bilib. Dövlət reyestrindən çıxarışların vətəndaşlara mobil ofis xidmətləri vasitəsilə birbaşa yerlərdə təqdim olunması isə kampaniya zamanı rahatlığı və çevikliyi təmin edib. Vətəndaşların qeydiyyat idarələrinə gəlməsinə və buna vaxt sərf etməsinə ehtiyac olmayıb. Onlar evlərinə yaxın məntəqədə komitənin nəqliyyat vasitələrində çıxarışlarını ala biliblər.

Eyni zamanda, bildirək ki, mülkiyyət sənədlərinin dövlət reyestrindən çıxarışlarla əvəz olunması ərazi qeydiyyat idarələrində də aparılır. Kampaniyadan faydalanmaq istəyən vətəndaşlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı qaynar xəttinə və ya Xidmətin müvafiq ərazi idarəsinə müraciət edə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsinin bu kampaniyası vətəndaşlar üçün mühüm əhəmiyyət kəsb edir. Kampaniya respublikanın digər şəhər və rayonlarında da mütəmadi olaraq davam etdiriləcək.

Kampaniyanın davamlı həyata keçirilməsində məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğu artırmaqdır.