«Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi» çərçivəsində növbəti İctimai Agahlıq tədbiri keçirilib

«Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi» çərçivəsində növbəti İctimai Agahlıq tədbiri keçirilib 30.01.2019 16:25

Gəncə şəhəri və və Şəki rayonunda həyata keçirilən "Azərbaycanda Kadastr və Daşınmaz Əmlakın qeydiyyatı Layihəsi» Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. 

Bu məqsədlə layihə ərazilərində torpaq sahələri yüksək dəqiqliyə malik müasir avadanlıqlarla ölçülür, pay torpaqlarının və həyətyanı sahələrin faktiki ölçüləri və sərhədləri dəqiqləşdirilir. Eləcə də, ərazidəki daşınmaz əmlakların sənədləri öyrənilir. 255 min hektar ərazini əhatə edən Layihənin icrasına 2013-cü ilin oktyabrından başlanılıb və 2016-cı ilin aprelinə layihənin yekunlaşdırılması nəzərdə tutulur. Layihə Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə, Almaniyanın “GFA/GCİ Consortium” məsləhətçi şirkəti tərəfindən həyata keçirilir. 

Tədbir çərçivəsində“Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi, bu layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verilib. Layihənin ekspertləri  tərəfindən iştirakçılara “Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsinin reallaşması nəğicəsində dövlət qurumları və xidmətləri, yerli biznes və əhalinin (daşınmaz əmlak sahibləri) əldə edəcəyi faydalar barədə geniş izahat verilib.

Tədbirdə qeyd edilib ki, daşınmaz əmlaklarla bağlı elektron kadastr bazasının yaradılması indiyədək ortaya çıxan qeyri-dəqiqliklərin aradan qalxmasına şərait yaradacaq. Ölçmə işlərinin yüksək dəqiqliklə aparılması torpaq sahələrinin sərhədlərini dəqiq (10-30 santimetr) müəyyən etməyə imkan verir. Layihə vasitəsilə məlumatların dəqiqləşdirilməsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesinin də təkmilləşdirilməsinə kömək edəcək. Bu, torpaq və əmlak sahiblərinə əmlaklarından daha səmərəli istifadə etmək imkanını yaradacaq, daşınmaz əmlak bazarının inkişafı və stimullaşdırmasını təmin edəcək.

Nəhayət, daşınmaz əmlaklarla bağlı məlumatların tamamilə dəqiqləşməsi daşınmaz obyektlər üzrə əmlak vergilərinin hesablanmasına və yığılmasına imkan yaradacaq.

Agahlıq tədbirində yerli icra qurumlarının və bələdiyyələrin nümaynədələri təmsil etdikləri ərazilərdə bir çox torpaqların sərhədlərinin qeyri-dəqiq müəyyən edilməsi və koordinatlarının reallığa uyğun gəlməməsi halları və belə halların yaratdığı problemlər barədə geniş məlumat veriblər. Qeyd edilib ki, indiyədək mövcud olan qeyri-dəqiq məlumatlar çoxsaylı torpaq mübahisələrinin yaranmasına səbəb olur, torpaqların qeydiyyatında problem yaradır, eləcə də, onların səmərəli istifadəsinə mane olur. Tədbirdə xüsusi qeyd edilib ki, həyata keçirilən «Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi» çərçivəsində aparılan çöl-ölçmə işləri bu problemlərin  həllinə şərait yaradacaq.

Tədbirdə iştirakçıların çoxsaylı sualları geniş cavablandırılıb və qeyd edilən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.