Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Cəlilabadda rayon ictimaiyyəti ilə görüş keçirib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Cəlilabadda rayon ictimaiyyəti ilə görüş keçirib 30.01.2019 16:25

Ölkə prezidentinin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar nəticəsində 2015-ci ildə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Kənd təsərrüfatı sahəsində 6,6 faiz artım olub. İndiyədək  Azərbaycana 200 milyard manat sərmayə qoyulmuşdur. Onun yarısı xarici sərmayədir. Son 12 il ərzində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələri icra edilib. Bakı-Tbilisi-Qars layihəsi bu il başa çatır. Azərbaycanda qazlaşdırma 90 faizə çatıb, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb.

Komitə sədri qeyd edib ki, qarşıya qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıqdan azad edilməsi kimi mühüm vəzifələr qoyulub. Bu sahədə dövlətimizin başçısı tərəfindən dövlət qurumları və aidiyyəti təşkilatlara konkret tapşırıqlar verib. Dövlət başçısının da vurğuladığı kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq. Ölkəmizdə iqtisadiyyatın daha da gücləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. 2015-ci ildə bütün sosial proqramlar icra edilib və heç bir proqram ixisar edilməyib. Yüz mindən çox yeni iş yerləri açılıb ki, onlardan 84 mini daimi iş yeridir. Maaş və pensiyalar artırılıb. Yaranmış iqtisadi şəraitdə sahibkarlığı daha da genişləndirmək, sahibkarlara daha da yaxşı şərait yaratmaq, yerli istehsalı sürətləndirmək üçün əlavə tədbirlər görüləcək. Sosial təminat sahəsində tədbirlərin reallaşdırılması təmin ediləcək. Daxili bazarın, yerli istehsalın qorunması, inhisarçılığa yol verilməməsi istiqamətində işlər aparılır.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının yaradılması barədə Fərmanın verilməsi məhz sahibkarlara, fiziki və hüquqi şəxslərə göstərilən diqqətdir və onların hüquq və mənafelərinin daha yüksək səviyyədə qorunmasıdır.

Ölkə başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət nəticəsində Cəlilabadda bir çox sahələrdə sürətli inkişafa nail olunub, geniş quruculuq işləri aparılıb, infrastruktur layihələri həyata keçirilib. Rayonda sahibkarlığın, kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülüb, sahibkarlara, fermerlərə dəstək göstərilib.

Komitə sədri qeyd edib ki, ölkə başçısı Cəlilabad rayonuna 7 səfər edib. Səfərləri zamanı 2 məktəbin, 2 uşaq bağçasının, 2 tibb müəssisəsinin, 12 sosial obyektin, 8 istehsal müəssisəsinin və bir neçə avtomobil yolunun açılışında iştirak etmişdir. Son 12 ildə Cəlilabad rayonunda abadlıq-quruculuq və sosial infrastruktur layihələri həyata keçirilib. 27 məktəb, 10 dövlət və özəl qurumların filialı, 2 şəhid ailələri və əlillər üçün bina, 1 zabitlər binası, yaradıcılıq və istirahət mərkəzləri, park və olimpiya kompleksi istifadəyə verilib. Bir sıra istehsal və xidmət müəssisələri, kənd təsərrüfatı məqsədli obyektlər yaradılmışdır. Bunlara Cəlilabad “Şərab -2”  zavodu, Xalçaçılıq kombinatı və tikiş sexi, Kənd təsrrüfatı məhsullarının konservləşdirilməsi müəssisəsi “Kristal” MMC, taxıl məhsullarının  saxlanılması üçün anbar kompleksi, un istehsal edən dəyirman, soyuducu kameralar, taxıl toxumçuluğu üzrə təsərrüfatın yaradılması aiddir. 2015-ci ildə Cəlilabad rayonunda 188,7 min ton dənli və dənli paxlalılar, o cümlədən 55 min ton taxıl, 24 min ton arpa,1,1 min ton tərəvəz, 254 ton bostan, 1,4 min ton meyvə, 4 min ton qarğıdalı, 1,1 min ton günəbaxan,1,7 min ton qarğıdalı istehsal edilmişdir. Rayonda kartofçuluğun və çiyələk istehsalının artırılması üçün lazımı şərait yaradılmış, 2015-ci ildə 85,6 min ton kartof istehsal edilmiş, rayon üzrə ciyələk əkini sahələri 195 hektara çatdırılmışdır. Bu sahələrdən 2150 ton yüksək keyfiyyətli çiyələk yığılaraq Respublika ərazisində satılmışdır.

Görüşdə bir neçə sahibkar Cəlilabad rayonunda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, sahibkarlığa göstərilən dəstəyin və imkanların artırılması barədə fikir və təkliflərini bildiriblər. Eyni zamanda, digər ictimaiyyət nümayəndələrinin də təklif və müraciətləri dinlənilib. Rayonda sahibkarlığın inkişafı, məhsul istehsalının artırılması, sosial-iqtisadi sahədə yeni tədbirlərin reallaşdırılması ilə bağlı müzakirələr aparılıb.