Qeyd edək ki, «Kütləvi çıxarış» kampaniyası çərçivəsində ölkə vətəndaşlarına, komitənin ərazi idarələrinə müraciət etmədən, elə həyətlərində öz əmlaklarını qeydiyyatdan keçirməyə şərait yaradılır. Bu isə öz növbəsində, komitənin göstərdiyi xidmətlərdə vətəndaş məmnunluğunu daha da artırı və sosial amilliyi daha da gücləndirir.
Kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar da yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.
Belə bir kampaniyanın faktiki olaraq müharibə vəziyyətində olan, bir qədər əvvəl qızğın döyüşlərin meydanı olan Füzulidə aparılması həmin bölgənin sakinlərinə dövlət tərəfindən dəstəyin mühüm göstəricisidir.
Bu kampaniya Füzüli rayon sakinlərinə daşınmaz əmlaklarını rahat şəkildə qeydiyyatdan keçirməklə imkan yaratmaqla yanaşı, həm də vətəndaşların mülkiyyət hüquqlarının və mülkiyyətlərində olan əmlakların dövlət tərəfindən qorunmasının göstəricisidir
Belə tədbirlər cəbhə bölgəsində əhalinin öz əmlaklarının daha aktiv şəkildə iqtisadi proseslərə cəlb edilməsini, və bununla da iqtisadi aktivliyini və iqtisadi fəaliyyətini də stimullaşdıracaq. Belə ki, «Kütləvi çıxarış» kampaniyası nəticəsində əhaliyə məxsus pay torpaqlarının sərhədləri dəqiqləşəcək, indiyədək bu sahədə mövcud olan torpaq mübahisələri həll ediləcək, və torpaqların real istifadəsi üçün imkan yaranacaq. Bütün bunlar isə bölgədə əhalinin iqtisadi fəallığına, onların həyat səviyəsinin yüksəlməsinə, ümumi iqtisadi inkişafa təkan verir.