Özəlləşmə hərraclarını canlı izləmək mümkün olacaq

Özəlləşmə hərraclarını canlı izləmək mümkün olacaq 30.01.2019 16:25

Bu əmlakların 50-si iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 62-si qeyri yaşayış sahələri və kiçik əmlak və obyektlər, 26-sı isə nəqliyyat vasitələridir.

Bu hərraclar 14 və 20 sentyabr 2016-cı il tarixlərində Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) binasında (Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A. ) təşkil ediləcək.

Mərkəzdə hərracların şəffaf və rəqabətli şəraitdə keçirilməsi üçün bütün şəraitin yaradılması nəzərdə tutulur. Burada investorların iştirakı və məlumatlandırılması üçün çoxsaylı imkanlar yaradılıb.

Əsas yeniliklərdən biri potensial investorların, mətbuatın və ictimaiyyət nümayəndələrinin də bu hərracları canlı izləmək imkanının yaradılmasıdır. Belə ki, artıq KİV-lərin nümayəndələri və istənilən vətəndaş Mərkəzə gələrək hərracların gedişini və dövlət əmlakının satışının necə həyata keçirildiyini izləyə bilər. Bunun üçün Mərkəzdə bütün şərait yaradılacaq.

Nəticədə özəlləşdirmə prosesinə maraq göstərən potensial investorlar və onların nümayəndələri prosesin necə aparıldığı ilə əyani şəkildə tanış olacaq, eləcə də ictimaiyyət və mətbuat nümayəndələri bu proses barədə təfərrüatlı məlumata malik olmağa şərait yaradılacaq.

Hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır. Eləcə də, investorlar üçün onlayn məsləhət sistemi fəaliyyət göstərir. Bu sistemin vasitəsi ilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla Komitəyə müraciət edib qısa zamanda ətraflı məlumat ala bilirlər. Bildirilib ki, komitə geniş əhali təbəqəsini və bütün maraqlı tərəfləri yeni özəlləşdirmə prosesində aktiv iştirak etməyə dəvət edir. Həmçinin iddiaçılara əmlaka yerindəcə baxış üçün də şərait yaradılması təmin edilir.