Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 06 dekabrda keçiriləcək hərraca 100 dövlət əmlakı çıxarılıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 06 dekabrda keçiriləcək hərraca 100 dövlət əmlakı çıxarılıb 30.01.2019 16:25

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiymətinə təklif olunan dövlət əmlakları Balakəndə yerləşən əmlak kompleksi və paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-dir. Belə ki, bu əmlaklar müvafiq olaraq 1 milyon yüz min manat və 1 milyon 75 min manat ilkin satış qiyməti ilə təklif olunur. Balakəndəki əmlak kompleksinin sahəsi 89530 kv.m., Bakıdakı "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" MMC-nin torpaq sahəsi isə 4129,4 kv.m.-dir.

Bu dəfəki hərracda 26 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Ağsu Sənaye İnşaat”, “Lənkəran Mebel”, “Sabirabad Mexanikləşdirmə”, “Xəzər Avtonəqliyyat”, “Daşkəsən Aqrotexservis” kimi səhmdar cəmiyyətlər var.

Qeyd edək ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda məhdudiyyətsiz iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.