Hərracda satılmış hər iki istifadəsiz qeyri-yaşayış sahəsi, həmçinin kiçik dövlət müəssisələrinin 7-si paytaxtda, qalanları isə Sumqayıt, Abşeron, Cəlilabad, Xızı və Oğuzda yerləşir.
Hərracda 2 iri müəssisə “Qarabağ Pambıq” və “Saatlı Pambıq” kimi səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi ölkədə pambıqçılığın inkişafına böyük təkan verəcək. Qeyd edək ki, özəlləşdirilmiş müəssisələrə sonradan investisiyalar qoyulacaq, bu müəssisələr yenidən bərpa olunacaq və müasir standartlara uyğun fəaliyyət göstərməyə başlayacaq.
Hərrac proseduruna əsasən qaliblərlə hərrac protokolu və alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, hərracdan sonra qanunvericiliyə uyğun olaraq bir neçə gün ərzində əmlak sahibləri mülkiyyəti təsdiq edən çıxarışlarla da təmin olunur.
Növbəti belə hərrac 29 noyabrda keçiriləcək və 98 dövlət əmlakı hərraca çıxarılıb. Bu tarixdə keçiriləcək hərracla aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=867
Qeyd edilməlidir ki, hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayət edir. Hərracda iştirak edən lakin qalib olmayan sifarişçi hərrac bitdikdən sonra 10 gün müddətində komitəyə müraciət edərək ödənilmiş behi geri ala bilər. Hərrac prosedurları barədə hər bir məlumatı 193 və (012) 566 07 44 nömrəli çağrı mərkəzlərində almaq mümkündür.