Əmlakın qeydiyyatında sürətli artım

Əmlakın qeydiyyatında sürətli artım 30.01.2019 16:25

May ayında mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3253 fərdi yaşayış və bağ evi, 4246 mənzil, 8974 torpaq sahəsi, 671 qeyri-yaşayış binası, 79 əmlak kompleksi, 4 çoxmərtəbəli yaşayış binası, 24 çoxillik əkmə olub. Ötən ilin may ayı ilə müqayisədə fərdi evlərin qeydiyyatı 32.18%, torpaq sahələri 8.6%, mənzillərin qeydiyyatı 27.0%, qeyri-yaşayış binalarının qeydiyyatı 53.2%, çoxillik əkmələrin qeydiyyatı isə 4 dəfə artıb.

Ümumilikdə, bu ilin ilk 5 ayında ölkədə 77966 əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Əmlakın qeydiyyatının 65.7%-i regionlarına payına düşüb. Fərdi yaşayış evi, torpaq sahələri, qeyri-yaşayış binaları və əmlak kompleksləri üzrə əməliyyatların böyük hissəsi, çoxillik əkmələrlə əməliyyatların isə hamısı regionlarda aparılır.

Komitənin həyata keçirdiyi “Kütləvi çıxarış” kampaniyaları, “Elektron çıxarış” xidməti, Mobil ofis xidmətləri vətəndaşların sənədləşdirmə prosesində minimum vaxt itkisini təmin etmək, komitənin xidmətlərindən daha operativ yararlanmasına şərait yaratmaqdır.

Keçirilən kütləvi çıxarış kampaniyaları həm vətəndaşların olduqları ərazilərdə, həm iş yerlərində, həm də onların fəaliyyət göstərdikləri torpaqlarında xidmət göstərir. Bu xidmətlərin nəticəsində vətəndaşlar heç bir yerə getmədən, gündəlik fəaliyyətlərindən ayrılmadan əmlaklarına dair sənədlərə sahib olurlar. Cari ilin ilk 5 ayında 12 kütləvi çıxarış kampaniyası keçirilib ki, bunların 2-si paytaxtın müxtəlif rayonlarında, digərləri isə regionlarda vətəndaşlara xidmət göstərib. Keçirilən kapmaniyaların 4-ü iş yerində vətəndaşlara qeydiyyat xidmətləri göstərib.

Komitə tərəfindən son olaraq tətbiq edilən innovativ xidmət olan “Elektron çıxarış” xidməti vasitəsilə vətəndaş artıq öz istəyinə uyğun olaraq çıxarışını elektron formada əldə edə bilər. Belə ki, bu yeniliyə əsasən çıxarış elektron qaydada təsdiq edilməklə e-Hökümət portalı vasitəsi ilə əmlak sahibinin şəxsi elektron kabinetində yerləşdiriləcək. Müvafiq dövlət qurumları, notariuslar və banklar bu portal vasitəsi ilə həmin çıxarışla bağlı əməliyyat aparacaq. Elektron imza ilə təsdiqləndiyi üçün çıxarışın elektron variantını bütün əməliyyatlarda tam hüquqlu sənəd kimi istifadə edəcək. Bu xidmətin nəticəsində kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxacaq.

Komitə tərəfindən həyata keçirilən bütün bu xidmətlərdə başlıca məqsəd vətəndaşların rahatlığını təmin etmək, xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısını almaq, operativ və səmərəli xidmət göstərməkdir.