Konfrans çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında torpaq ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandumun imzalanması nəzərdə tutulur.
Konfrans 13 iyun saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin inzibati binasında keçiriləcəkdir. (Bakı Soveti metro stansiyasının yanı)
Əlaqə telefonu: (050) 235 30 33, (012) 490 24 72
Hörmətlə,
Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya, ictimaiyyətlə əlaqələr və protokol şöbəsinin müdiri: Qulu Xəlilov